BİR ŞEİRİN TARİXÇƏSİ

Opera Снимок_2020-07-29_201326_rafiqcelilovblog.files.wordpress.com

BİR ŞEİRİN TARİXÇƏSİ

Uzun illər idi ki, şeir yazmırdım, iş elə gətirdi ki, nəvəm Mədinəyə respublikanın 102 illiyinə həsr edilmiş şeir deməyi tapşırdılar və bütün interneti gəzib, bu hadisəyə həsr edilmiş fərli bir şeir tapa bilmədim və nəvəmə söz verdim ki, sənin üçün şeiri özüm yazacam və yazdım da. Şeir nə qədər uğurlu çıxıb, bilmirəm, bəlkə də bu keçən müddət ərzində şeir üzərində təkrarən işləsəydim daha güclü bir məhsul ortaya qoya bilərdim, amma işləmədim, çünki nəvəm bu şeiri 28 mayda məhz bu cür demişdi. Hörmətli oxucu, bu şeiri sizə təqdim etməyə də bilərdim, amma hesab etdim ki, etsəm məsləhətdir, həm günümüzün reallığına uyğundur, həm də müəllifsiz şeir kimi yayılmağını, kimsənin bu şeiri öz adına çıxmasını istəmirəm. Şeirin formasında hər hansı bir qüsur varsa, üzürlü sayın, çünki bu şeiri cəmi 20 dəqiqəyə yazmışam və üstündə təkrar işləməmişəm. Hörmətlə: Rafiq Cəlilov

TƏVƏLLÜDÜN MÜBARƏK

 

Min doqquz yüz on səkkiz, may ayının sonları

Yığıldılar bir yerə xalqımın oğlanları

Açdılar bizim üçün hər cürə meydanları

O igid insanları unutmayaq biz gərək

Yüz iki yaşlı ölkəm, təvəllüdün mübarək!

Məmməd Əmin, Fətəli, bir də digər ərənlər

Göstərdilər o günü təpki, hünər, ərənlər.

Sərhədimi cızdılar, çəkib sipər, ərənlər

Dövlətim ilk addımın atırdı titrək-titrək.

Yüz iki yaşlı ölkəm, təvəllüdün mübarək!

Hələ çox çalınacaq zəfər yürüşlü cəngi

Artıq ayaq üstəydi qoca şərqin pələngi

Dalğalandı havada bayrağımın üç rəngi

Hürriyəti əkdiz ki, meyvəsini biz dərək

Yüz iki yaşlı ölkəm, təvəllüdün mübarək!

Azərbaycan bir günəş, günəş şərqdən boylanır

Bu yurdum, bu vətənim al şəfəqə boyanır

Mənim şanlı əskərim daim məğrur dayanır

Bir əlində bayrağım, bir əlində də titək

Yüz iki yaşlı ölkəm, təvəllüdün mübarək!

Bir şərh yazın