“LEYLA ARİFİN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİ” TƏSİS EDİLMİŞDİR

19 dekabr 2022-ci il tarixində, Bakı şəhərində jurnalist, ictimai fəal Leyla Arifin hüquqlarının müdafiə komitəsi təsis edilmiş və komitə adından BƏYANAT yayılmışdır. Bəyanatda deyilir:

LEYLA ARİFİN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİNİN

BƏYANATI

19 dekabr 2022-ci ildə jurnalist, ictimai fəal Leyla Arifin hüquqlarının müdafiə komitəsi təsis edilmişdir. Təsis iclasında 5 nəfər – Azərbaycan Xalqlarının Demokratik Partiyasının sədri Seyidəmir Məmmədzadə, hüquq müdafiəçisi Oqtay Əsgərov, Talış Taşkilatlarının İctimai Şurasının həmsədrləri Şirəli Əlyar və Əlimərdan Şükürzadə, “Tolışon Sədo” qəzetinin təsisçisi və baş redaktoru Rafiq Cəlilov iştirak etmişlər.
İclasda bildirilmişdir ki, jurnalist, ictimai fəal Leyla Arifə qarşı özlərini “demokrat” adlandıran bir zümrədən kütləvi basqılara cavab vermək, onların atdıqları şər və böhtanları puç etmək, ictimai fikirdə Leyla Arifə təşkilat səviyyəsində dəstək olmaq, onun ədalətli mövqeyini mətbuata çatdırmaq üçün “Leyla Arifin hüquqlarının müdafiə komitəsi”nin təsis edilməsi zərurəti meydana çıxmışdır və bu səbəbdən “Leyla Arifin hüquqlarının müdafiə komitəsi” təsis edilməlidir. Yekdil qərarla “Leyla Arifin hüquqlarının müdafiə komitəsi” təsis edildi. Komitənin sədri Rafiq Cəlilov, sədr müavinləri Seyidəmir Məmmədzadə və Oqtay Əsgərov seçilmişlər. 5 nəfərdən ibarət “koordinasiya şurası” yaradılmış, müdafiə komitəsi ilə digər ictimai-siyasi təşkilatlar və fərdlərlə, o cümlədən mətbuatla iş aparmaq həmin koordinasiya şurasına tapşırılmışdır.

“Leyla Arifin hüquqlarının müdafiə komitəsi” açıq platforma olaraq respublikamızda və dünyada yaşayan istənilən fərd və ictimai təşkilata bu platformada təmsil olmaq şansı tanıyır.

“Leyla Arifin hüquqlarının müdafiə komitəsi”nin sədri Rafiq Cəlilov.

19.XII.2022

“LEYLA ARİFİN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİ” TƏSİS EDİLMİŞDİR” üçün bir cavab

Bir şərh yazın