MƏSİ, DƏR…

398AF9F9-6CD0-41A2-99A0-287E5D53F6CA_cx4_cy6_cw87_w987_r1_s_r1

MƏSİ, DƏR…

 

Bəlkə də bu hadisə barədə harda isə yazmışam, təkrarçılıq olsa məni qınamayın, yüzlərlə yazımın bütün tekstlərini yadımda saxlaya bilmərəm, əlqərəz, 1990-cı illərin ortalarında Sumqayıtda hüzn məclisində idim, söz gəldi çıxdı İmam Əli salavatullahın vilayətinə, daha dəqiq olsaq sünnü-şiə məsələsinə. Gözünə döndüyüm molla qayıtdı ki, “Peyğəmbər salavatullah öləndə vəsiyyət elədi ki, mənim yerimə vəli Əlidir”, sonra öz əlini qaldırıb dedi ki, “əli demirəm ha, Əlini deyirəm”, bəlkə də indiki vaxtım olsaydı, dinməzdim, amma onda cavan vaxtım idi, dözməyib, dindim, qayıtdım ki, “molla, zəhmət olmasa ərəbcə deyin “əli demirəm, Əlini deyirəm”, məlum oldu ki, molla ərəbcə bilmir, baxmayaraq ki, bu vaxtacan məclis üzvlərinə bir neçə dəfə ərəbcədən sitat gətirmişdi, axırda talış və rus dillərində o cümləni dedik və məlum oldu ki, əl ilə Əli sözləri ancaq azərbaycan dilində biri-birinə bənzəyir.

 

BİR DAHA…

 

Əməlli başlı işə düşmüşük, talış dili üzərində eksperimentlər davam edir, dəhşətlisi odur ki, bu eksperiment aparanlar bizi “ağıllı” cümlələrlə çaşdıra bilirlər, amma bir balaca analiz edəndə görürsən ki, eksperimentin mahiyyəti “əl ilə Əlidən” o yana keçmir. Bir balaca etiraz edəndə, daha dəqiq olsaq, arqument tələb edəndə, qayıdırlar ki, bəs sən dilşünas deyilsən, başıvı dillə bağlı məsələlərə soxma. Özüm özümə çorta gedirəm: mən 10 ildir qəzetə redaktorluq edirəm, istəsəm də, istəməsəm də dil ilə məşğulam, yazıları redaktə edirəm və s., ikincisi, ixtisasım dilşünaslıq deyilsə – susmalıyam, sizlər də dil üzərində bildiyinizi etməlisiz? Sonra yadıma düşür ki, mən heç hüquqşunas da deyiləm, amma respublikada bank ilə kredit çəkişməsini qazanan yeganə şəxsəm. Amma yüzlərlə ali dərəcəli vəkillər bu çəkişmələrdən məğlub ayrılıblar, mən ilkin instansiya məhkəməsinin qərarını ləğv elətdirəndə o vəkillər mənə ağızları açıq formada baxırdılar. Müştərinin bank üzərində qələbə qazandığı ikinci epizod bilirsinizsə, buyurun deyin və mən bütün yazılarımdan imtina edim. Demək şərt ixtisasda yox, həmin ixtisasın şərtlərini qavramaqdadır. Keçid alım “eksperiment”lərə. Caspi 1 TV ilə “Talış dili” dərsləri verilişində bu barədə 3 verilişdir ki, danışıram, ortaya arqumentlər qoyuram, kimə deyirsən? Bildiklərini edir, üstəlik bizi “gözügötürməməzlikdə” suçlayırlar. Keçid alım mətləbə və sizə, özünü Diana Montqomeri kimi təqdim edən “dilşünasın” arqumentini təqdim edim: (yazıda gedən səhvləri mötərizədə verirəm)

Tolışə zıvonədə fel

Fel-çı qəpi səbəsojə qılə (qılə yox, qıləy) vəsləy (əslində “vəsləye” olmalı idi), predmeti holi yaən həşi nişon doydə, bo şəxson iyən kəmiyəti qorə dəqeş bedən, təsdığ yaən həşə (inkar) bedən, otəmə (təsirli) yaən onıtəmə (təsirsiz) bedən. Qirəm vir səğandəmon, bəvindemon ki, Tolışə (niyə tolışi yox, tolışə? Üstəlik söhbət dildən gedirsə dilin mənsub olduğu xalqın adı kiçik hərflə yazılır) zıvonədə feli təsrif nıbə formonədə qıləyni – infinitivə forma (məsdər) de feli dəvardə (keçmiş zaman) vaxti i curə oko doə bedə. Timsal: dəvarde. Qəpədə ıştə famemoni de təkyə (vurğu) bəsə dənoy bəbe: dəvarde-keçmək-пройти; dəvarde-keçdi-прошел. Bə nıvıştəyədə? Oxo nıvıştəyədə hejo təkyə (vurğu) oko doy əbıni! Im kaşi nıvıştəyədə kali saxteyətiyon bə miyon bekardə. (Isət 21-minə əsre, de dasti nıvıştəkəs kame, həmə sənədon de elektronə cihazon koməqi nıvıştə bedən. Yəni bəzınemon karde, qılə (qıləy) əlifba obənomon, elektronə cihazonədə oko bədomon. Jəqo ni. Zıvoni nıvıştəy, de ğələmi nıvıştəyış bıənine. Bo əyro (boəyro bir yerdə yazılır, gələn yazımı bu “virusa” həsr edəcəm) har feli har hecadə təkyə noy çandədə (çanədə) rohət bəbe? Nıvıştəyədə bəpe i-dı bəjən bahandi, çəyo bəsə dəşi qəp çiçiku şedə. Jıqo famedəm, zıvoni bə amorfəti şey (şe) navi səyro, həmən əy bə nuəperəson rohət omuteyro feli infinitivə bə i forma dənoy lazime. (lozime) Əve az ovardəm ki, felon infinitivə (məsdər) holi orəxədə -y bınıvıştəmon. Az vey (ve) vaxte vir səğandəm ki, Masali, Liki kali diyonədə felon infinitivə holi bə ım formadə, yəni: dəvardey\bardey\eqıniey (eqıniey sözü heç yerdə o cür işlənmir, söz eqınye kimi işlənir) oko doydən. Sıxan ni ədəbiyə zıvon çı Lankoni dialekti səpe onoə bıə.

İzahın əsas məğzini necə yazılıb, o cür də sizə təqdim etdim. İlk baxışda çox ağıllı yazılıb, hətta deyərdim ki, mübahisə üçün yer belə qoyulmayıb. Amma… amması odur ki, elə sitat gətirdikləri sözləri cümlədə işlədəndə görürsən ki, bu izah cəfəngiyatdan başqa bir şey deyil. Birincisi ona görə ki, izahda deyildiyi kimi “dəvarde, harde, eqınye” felləri, eləcə də digər fellər indiki və keçmiş zamanda yox, hətta gələcək zamanda da eyni cür deyilir və yazılır, əgər opponent israr edərsə ki, fellər ancaq indiki və keçmiş zamanda eyni cür deyilirlər, bo o demək olacaq ki, opponentin dil üzrə bilgisi heç orta səviyyədə deyil. İndi isə gəlin verilmiş sözlərdən birini – dəvarde felini cümlələrdə keçmiş, indiki və gələcək zamanlarda sual, təsdiq və inkar formalarında işlədək:

Keçmiş zamanda:

Sual: Aspo şımə tono DƏVARDE? – Atlı sizin yanınızdan KEÇDİ?

Təsdiq: Ha, aspo çəmə tono DƏVARDE. – Hə, atlı bizim yanımızdan KEÇDİ.

İnkar: Ne, aspo çəmə tono DƏNIVARDE – Yox, atlı bizim yanımızdan KEÇMƏDİ.

İndiki zamanda:

Sual: Çı pardo DƏVARDE hostone? – Bu körpüdən KEÇMƏK asanddır?

Təsdiq: Ha, çı pardo DƏVARDE hostone. – Hə, körpüdən KEÇMƏK asanddır.

İnkar: Ne, çı pardo DƏVARDE hoston ni. – Yox, bu körpüdən KEÇMƏK asand deyil.

Gələcək zaman:

Sual: Tı çı pardo DƏVARDE bəzneş? – Sən körpüdən KEÇƏ bilərsən?

Təsdiq: Ha, çı pardo DƏVARDE bəznem. – Hə, körpüdən KEÇƏ bilərəm.

İnkar: Ne, çı pardo DƏVARDE əzınim, (ni bəznem). – Yox, bu körpüdən KEÇƏ  bilmərəm.

Göründüyü kimi keçmiş zamanın inkarını çıxmaq şərti ilə “dəvarde” feli keçmiş, indiki və gələcək zamanların hər üç halında eyni cür yazılır və sözün nədən getdiyini başa düşmək üçün heç bir vurğuya və ya hansısa köməkçi hərfə ehtiyac yoxdur. Burada belə bir sual da meydana çıxır: ümumiyyətlə talış dilinin qrammatikasında felin məsdər forması varmı? Varsa bizəcən bu barədə niyə bir nəfər də olsun dilçi alim elmi əsər yazmayıb? (Elmi əsər sosial şəbəkədə yazılmış məqalələr deyil, elmi əsər elmi şuradan müsbət rəy almış əsərə deyilir) Yoxdursa, bu yoxduru nə ilə sübut etmək olar? Əslində yoxduru sübut etmirlər, varı sübut edirlər. Təbii ki, yuxarıdakı cümlələr bu yoxduru sübut edir, amma “sirli dilçi” Diana Montqomeri öz isbatında rus dilindən də sitat gətirdiyi üçün mən “işləmək” felini rus dilində bir neçə variantda yazacam:

Я не стал работать – Mən işləmədim

Да, ты умеешь работать – Hə, sən işləməyi bacarırsan, işləyə bilirsən

Он не хочет работать –  O, (kişi cinsi) işləmək istəmir.

Она пошла работать – O, (qadın cinsi) işləməyə getdi.

Göründüyü kimi rus dilində də cümlələrdə mənalar dəyişsə də, fel dəyişmir və ruslar “работать”  felini ayırmaq üçün hansısa hərfdən və ya durğu işarəsindən istifadə etmirlər və hələ heç bir rusun ağlına gəlməyib ki, azərbaycan dilinə məxsus maq, mək şəkilçisini həmin sözün gələcək zaman variantına əlavə eləsin. Gətirdiyim sitatlar sübut edirlər ki, talış və rus dillərində maq, mək şəkilçiləri yoxdur və cümlə quruluşundan felin hansı suala – nə elədi, nə eləyir və nə eləyəcək suallarına cavab verdiyi tam şəkildə və aydın bilinir. Maq, mək şəkilçisi azərbaycan dilinin məxsusi formasıdır və bu formanı talış dilinə transfer etməyə ehtiyac yoxdur. Hesab edirəm ki, bu kiçik izah bu məsələnin tam qapanmasına kifayət edəcək və talış dilinə aid olmayan felin məsdər formasından birdəfəlik qurtula bilərik.

 

BADA VERİLƏNLƏR

 

İyulun 14-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Aslan Qurbanov həbs edilmiş, qeyri-dəqiq mənbələrin verdiyi məlumata görə barəsində “vətənə xəyanət” maddəsi ilə iş açılmış, məhkəmə tərəfindən ona 4 (dörd) ay inzibati həbs qəti imkan tədbiri seçilmişdir. Axı bu gənc dövlətin hansı sirrini bilirdi, dövlətin hansı sirli qurumunda işləyirdi ki, dövlətə xəyanət də eləsin? Üstəlik son hadisələr zamanı Xarici İşlər Nazirliyindəki hadisələr zəminində bu gəncin məhz dövlətə xəyanətinin nədən ibarət olduğunun maraq kəsb etməməsi qeyri-mümkündür. Həm də arada söz-söhbət gəzir ki, Aslanı bada bizim öz “talışlarımız” veriblər, bu məlumatların nə qədər doğru olduğunu öyrənmək, demək olar ki, qeyri-mümkündür. Üstəlik son illər ancaq talış əsilli şəxslərin “dövlətə xəyanət” etmələri bəzi nədənlərdən də anlaşılan deyil. Necə ola bilir ki, XİN-də o boyda hay-küydən sonra dövlətə xəyanətdə adi, sıravi bir gənc ittiham edilir? İstənilən halda bütün bu suallara cavab tapmağa çalışacam.

P.S, Fəxrəddin müəllim hər həftə ailə üzvləri ilə telefon vasitəsi ilə əlaqə saxlayır, vəziyyəti qənaətbəxşdir.

Bir şərh yazın